Bu gün insanların əksəriyyəti vaxtına qənaət etmək üçün yeməkləri mikrodalğalı sobada isidirlər.
Mütəxəssislər isə yeməklərin mikrodalğalı sobada qızdırılmasını düzgün hesan etmir?
Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, mikrodalğalı sobalardan yalnız yemək qızdırmaq üçün istifadə oluna bilər:
“Toyuq yeməkləri, ət yeməkləri mikrodalğalı sobada qızdırıldıqda, tam qızdırılmasına əmin olunmadıqda, yalnız yeməyin üst hissəsi qızır, alt hissəsi isə çiy qalır. Bəzən isə restoran və kafelərdə bir gün, iki gün saxlanılmış yeməyi mikrodalğalı sobada qızdırıb verirlər. Bu da zəhərlənmə riski yaradır. Mikrodalğalı sobadan yalnız və yalnız qısa müddətdə hazırlanmış yeməklərin qızdırılması üçün istifadə etmək olar”.
Sevinc