Kimlər lazer proseduru etdirə bilməz?

SAĞLAMLIQ
22:17 / 26.09.2025
33

Son illər lazer epilyasiyasına üz tutan qadınların sayı artmaqdadır. 

Amma qadınların böyük əksəriyyəti bu prosedurun onların səhhətləri üçün hər hansı problem yarada bilib-bilməyəcəyinin fərqinə varmırlar.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,  lazer epliyasiyası hamilə qadınlar, süd verən analar, istənilən damar genişlənməsi, eyni zamanda dərisində müəyyən yanıqlar – termiki, kimyəvi, günəş yanıqları, o cümlədən açıq yaralar, müxtəlif xroniki dəri xəstəlikləri olan, herpesin kəskin dövrünü keçirən insanlar tərəfindən istifadə edilməməlidir:

“Ət xalı” adlandırdığımız xallar – hemangioma, bazalioma, papilloma, epitelioma, və s.dəri törəmələri olduğu zaman lazer epilyasiyası olmaz.
Epilyasiya edildiyi zaman isə həmin xalların üzəri örtülməli və onlara lazer şüası qətiyyən toxunmamalıdır. Bundan başqa, həddindən artıq ağ və sarı tüklərə də lazer epilyasiyası məsləhət görülmür. Günəş yanıqlarından qaralmış dərilərdə epilyasiyanın edilməsi isə dəridə yanıqlar yarada və dermatitlər törədə bilər”.

Sevinc

0