Abortların artmasında qadınların rolu varmı?

SAĞLAMLIQ
20:59 / 26.09.2025
40

Bu gün müxtəlif səbəblərdən də abort etdirən qadınların sayı artır. 

Araşdırmalar zamanı məlum olub ki, abortun artmasında ailələrin rolu üstünlük təşkil edir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, əksər qadınlar sərbəsrt qərar verə bilmir: 

“Bir çox hallarda qadın ailə və ya həyat yoldaşının təzyiqi ilə abort qərarı verir. Bu, qadının sosial statusunun zəif olduğunu göstərən göstəricilərdən biridir. Digər səbəb isə iqtisadi şərtlərlə bağlıdır. Ailələrin bir qismi maddi imkanlarının azlığı səbəbindən övlad sahibi olmağa hazır olmadığını düşünür. Bu, xüsusilə gənc ailələrdə daha çox müşahidə olunur. Mühüm faktor biri mentalitet və ənənəvi dəyərlərdir”.

Sevinc

0