İnsanın həyatında yaşanan mühüm hadisələr və gündəlik həyatda yaşanan çətinliklər emosional aclığa səbəb ola bilər.
Bəzi insanlar hirslənəndə, bəziləri sevinəndə ancaq yemək istəyir. Bu isə emosial aclıq adlanır.
Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, emosional yemək, öhdəsindən gələ bilməyən çətin duyğuları sakitləşdirmək və ya müxtəlif duyğuların öhdəsindən gəlmək üçün yeməkdən istifadə etmək hərəkətidir:
“İş stresi, digər stresslər, ailə problemləri, depressiya və digər sıxıntılar insanları idarəedilməz duyğularla qarşılaşdırır. Zamanla insanın duyğuları o qədər asılı olur ki, insana rahatlıq verir, hər dəfə qəzəblənəndə və ya stresə düşəndə yeməyə başlayır. Beləcə emosional aclıqdan asılılıq yaranır. Emosional aclıqda yemək istəyi ani və təcili olur, lakin sonradan tez-tez günahkarlıq hissi yaradır. Emosional yemək problemini idarə etməkdə çətinlik çəkənlər peşəkarlardan kömək istəməlidir”.
Sevinc