Hazırda ürək tutması keçirən insanların yarısı gizli və ya lal infarkt keçirir.
Belə olan halda isə həmin insanlar ani ölümlə üz-üzə qalır.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, gizli infarktın əlamətləri kəskin infarktdan o qədər zəif və az müddət keçir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir:
“Gizli infarkt qəfil halsızlıq, qollarda uyuşma, gücsüzlük, qəflətən nəfəsin azca çatışmaması, ya da kürəkdə sancı kimi özünü büruzə verə bilir. İnsan bunu fiziki yorğunluğa, əzələ ağrısına, yuxusuzluğa yozur. Siqaret, artıq çəki, fiziki hərəkətsizlik, yüksək təzyiq, şəkərli diabet, stress, xolesterin, lipid mübadiləsi pozulması, irsi amillər gizli infarkta səbəb olur. gizli infarktdan sonra ürəkdə çapıq yaranır, ürək əvvəlkindən daha pis çalışır. Xəstə müayinə, müalicə olunmadıqda, təkrar və daha ağır tutma olur”.
Sevinc