Stressə düşən insanlar intihar edir?

SAĞLAMLIQ
22:16 / 30.09.2025
36

Stressli vəziyyətlər hər birimizin həyatında olur.

Bunlar mühüm müsahibə, sevimli komandamızın oynadığı çempionat finalı, vacib təqdimat və s. kimi böyük dəyişikliklər gözlədiyimiz anlar ola bilər. 
Və risklər çox yüksək olduqda, stress hədsiz görünə bilər. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a şərhində deyib ki, stress həyatın qaçılmaz hissəsidir:

“Bəzi insanlar üçün stresin öhdəsindən gəlmək olduqca asandır, bəziləri üçün bu, əsl problemdir. Stress zamanı çoxlu miqdarda ifraz olunan kortizol hormonunun təsirindən neyronlar kalsiumla həddindən artıq "doyur" ki, bu da onların dağılmasına səbəb olur. Həmçinin, yeni neyronların əmələ gəlməsini ləngidir və neyronlar arasında siqnalların ötürülməsinin sürətini azaldır.  Stressə düşmüş şəxslərdə əzələ gərginliyi, əzələ spazmı, baş ağrısı, miqren, diş qıcatma, yorğunluq, halsızlıq, qəbizlik, ishal, həzmsizlik, xora, titrəmə, astma, yüksək təzyiq, sürətli nəfəs alıb vermə baş verir. 

Stressə düşmüş insanlar çox zaman bu vəziyyətdən çıxa bilmədikləri üçün ruhi vəziyyətləri pozulur və intihara əl atırlar. İntihar çox zaman stressə düşmüş insanların son çarəsi olur”.

Sevinc

0