Dəriyə qulluqda ən vacib məsələlərdən biri qocalma əlamətlərinin qarşısını almaqdır.
Dəri yaşlandıqca ortaya çıxan qırışlar, incə xəttlər və tünd ləkələr bir çox insanın ümumi problemlərindəndir.
Ancaq təbii yağlarla edilən baxımla dərini cavanlaşdırmaq və qocalma əlamətlərini azaltmaq mümkündür.
Hit.az xəbər verir ki, üzüm tumu yağı antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəriyə bir çox faydalar təmin edir.
Dərini yumşaldır, ona elastiklik verir və tünd ləkələri, qırışları, eləcə də incə xəttləri aradan qaldırır.
Şirin badam yağı müntəzəm istifadə edildikdə qırışları və incə xəttləri azaldır.
Dərini günəşin zərərli təsirlərindən qoruyur. Xüsusilə həssas və quru dəri tipləri üçün tövsiyə olunur.
Avokado yağı isə dərini cavanlaşdıran təbii yağlar arasındadır. Günəş şüalarının zərərli təsirləri ilə mübarizə aparan avokado yağı dərinin elastikliyini artırır və qocalma əlamətlərini yox edir.
Sevinc