Son zamanlarda ölkəmizdə koronavirusa yoluxma qeydə alınıb?

SAĞLAMLIQ
11:15 / 01.10.2025
54

"Son zamanlarda koronavirusa yoluxma halları çox azalıb". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, hətta demək olar ki, bu virusa rast gəlinmir:

"Buna görə həkimlər də çox vaxt yuxarı tənəffüs yolları xəstəlikləri ilə müraciət edən xəstələri o istiqamətdə yoxlamağa ehtiyac duymurlar. Çünki adi virus infeksiyası kimi müalicə edirlər və xəstəlik keçib gedir". 

383040

Ekspert bildirib ki, artıq kiminsə COVID-19-a yoluxması çox nadir hallarda yaşanır:

"Yəni kimsə təsadüfən koronavirusa yoluxur. O isə virusun çox yüngül bir variantı olur. Yüngül variantı olduğu üçün müalicə ilə də keçib gedir. Lakin havaların soyuması ilə bu virus aktivləşə bilər. Əslində, artıq ölkədə koronavirusun əvvəlki ştamları yoxdur. Qalanlar ancaq zəif ştamlardır. Həmin ştamlar da lap çoxalsa belə adi viruslar kimi müalicə ilə gedəcək". 

Həkim qeyd edib ki, son dövrlərdə başqa viruslar daha çox yayılıb:

"Əslində, son zamanlarda Azərbaycanda və dünyada koronavirusdan başqa viruslara daha çox yayılıb. Koronavirusa isə çox az hallarda yoluxan insanlar olur. Təbii ki, havalar soyuyanda başqa viruslarla yanaşı COVID-19 da yenidən müəyyən qədər aktivləşə bilər. Lakin əvvəlki prosesi göstərə bilməz. Çünki indiki koronavirusun növü çox zəifdir. Çox ciddi və ağır xəstəlik yaratmaq potensialında deyil".

Pərviz
 

0