Son zamanlar yuxuda ölümlərin sayı artıb.
Necə olur ki, insan öldüyünü hiss etmədən yatıb ayılmır?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a bildirib ki, ani ölümə müxtəlif xəstəliklər səbəb ola bilər:
“Birincisi, trombimbaliya. Bu, ani ölümə gətirib çıxaran hadisədir. İnsan hətta ayıq olsa belə, bu hal dərhal ölümə gətirib çıxarır. İkincisi, ürəyin, beyinin işemik xəstəliyi. İnsult, beyin infarktı dərin yuxuda insanı ölümə apara bilər. Qəfili ölümlərin heç biri təsadüfi deyil və buna konkret xəstəliklər təsir edir. Tibbdə ürəyin elektrik dayanması deyilən hadisə var. Əgər bu yuxuda baş verərsə, ölüm halına gətirib çıxara bilər".
Sevinc