İlbiz terapiyası dəri üçün nə dərəcədə faydalıdır?

SAĞLAMLIQ
20:58 / 02.10.2025
52

İlbiz terapiyası dünyada populyarlaşdığı kimi ölkəmizdə də geniş yayılır. 

Ilbiz terapiyası dəri üçün nə dərəcədə faydalıdır?

Kosmetoloq Aytəkin İsmayılova Hit.az-a deyib ki, ilbiz terapiyasını yalnız üzdə deyil, bədənin müxtəlif nahiyələrində - dekoltedə, qarında, çanaqda, əllərdə də etmək mümkündür:

 "Diqqət olunmalı məqamlardan biri ilbiz terapiyasının tətbiqi zamanı gigiyena qaydalarına düzgün əməl olunmadır. Gigiyena şərtlərinə də nəzər yetirsək ilbiz terapiyası zamanı mövcud qaydalara riayət etmək, peşəkarlıq məsələsinə diqqətlə yanaşmaq  lazımdır.İlbiz terapiyası dəri hüceyrəsinin regenerasiya prosesinin sürətlənməsi, dərinin rənginin yaxşılaşması, piy vəzilərinin fəaliyyətinin aktivləşməsi, ölü hüceyrələrin və piqment ləkələrin təmizlənməsi, qırışların açılması, çapıqların müalicəsi, civzə, həmçinin, yanıq izlərinin aradan qaldırılması üçün ilbizin selikli qişası əvəzolunmazdır".

Sevinc

0