Təkrar diş kariesi niyə yaranır?

SAĞLAMLIQ
19:59 / 02.10.2025
36

Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş problemlərindən biri olaraq qalır. 

Hər nə qədər stomatoloq tərəfindən uğurla müalicə edilsə də, bəzi hallarda bu problem zamanla yenidən üzə çıxır.

Kariyesin təkrar-təkrar yaranmasının səbəbi nədir?

Diş həkimi Vüsalə Əliyeva Hit.az-a deyib ki, müalicənin natamam və ya keyfiyyətsiz aparılması kariesin yaranmasına səbəb olur:

 "Düzgün diş fırçalanmaması və diş ipindən istifadə edilməməsi bakteriyaların çoxalmasına səbəb olur. Xüsusilə, bəzi dərmanların qəbulu ağız quruluğuna səbəb olaraq , dişlərin təmizlənməsini çətinləşdirir. Kariyesin qarşısını almaq üçün gündə ən azı iki dəfə dişlərin fırçalanmasını, diş ipindən istifadəni, balanslı qidalanmanı və ildə azı iki dəfə diş həkimi müayinəində olmaq lazımdır".

Sevinc
 

0