Bəzi göbələklərdə olan zəhərlər, ilan zəhərindən təhlükəlidir?

SAĞLAMLIQ
21:37 / 03.10.2025
36

Göbələk demək olar ki bütün fəsillərdə ən çox istifadə olunan qidalardan biridir.

Lakin göbələk sevildiyi qədər təhlükəli qidadır. Çünki ,göbələk zəhərlənməsinin qurbanı olanlar az deyil. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, göbələk zəhərlənməsi yağışların bol olduğu dövrlərdə baş verir:

“Zəhərli olan və olmayan göbələklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil.Göbələk zəhərlənmələrinin müalicəsi əsas etibarilə meydana gələn zəhərlənmə əlamətlərinə əsasən təyin edilir. Dəqiq müalicəsi yoxdur. Bütün müalicələrə baxmayaraq bəzən ölümlə nəticələnən hallar da mövcuddur. Ancaq göbələk zəhərlənməsinin qarşısını almaq mümkündür və bunun üçün təbii mühitdə yetişən göbələklərin yeyilməməsinə diqqət etmək lazımdır. Bəzi göbələklərdə olan zəhərlər, ilan zəhəri qədər təhlükəli ola bilər. Göbələk zəhərlənməsi, müalicə edilmədikdə öldürür”.

Sevinc

0