İnsanın yediyi qidalar onun beyninin sağlamlığına, o cümlədən beynin necə yaşlanmasına birbaşa təsir göstərir. Sağlam qidalanma beynin yaşlanmasını ləngidir və yaşa bağlı olaraq qavrama funksiyalarının kütləşmə riskini azaldır.
HİT.az-ın məlumatına görə, tibb elmləri doktoru Kellian Niotis bildirib ki, pəhriz uzunmüddətli perspektivdə qavrama funksiyalarını və həyat keyfiyyətini qorumaq üçün bir vasitə ola bilər.
Neyvroloqların fikrincə niyə giləmeyvələr ən yaxşı beyin qidası hesab olunur?
Onlar qeyd etdilər ki, növündən asılı olmayaraq, bütün giləmeyvələr beyin üçün faydalıdır.
Antioksidantlarla zəngindir - Giləmeyvələrin parlaq qırmızı, mavi və bənövşəyi çalarları onların flavonoidlər - antioksidant xassəli bitki piqmentləri ilə zəngin olduğunun əlamətidir. Niotis deyir: "Bu birləşmələr beyin hüceyrələri arasında qarşılıqlı əlaqəni yaxşılaşdıraraq və iltihabı azaldaraq beyin sağlamlığını dəstəkləyir".
Giləmeyvələr, xüsusilə tərkibindəki neyroprotektiv təsirə malik flavonoidlər olan antosianinlərə görə tövsiyə olunur.
Tibb elmləri doktoru Ella Akkermanın qeyd etdiyinə görə, giləmeyvələr həm də güclü bir antioksidant olan C vitamini ilə zəngindir. C vitamini, Alzheymer xəstəliyi ilə əlaqəli beta-amiloid zülallarının toplanmasına səbəb ola bilən oksidativ stressdən qoruyaraq beyin sağlamlığını dəstəkləyir.
Müqayisə üçün: 1 stəkan çiyələk 89 milliqram C vitamini ehtiva edir - bu, təxminən gündəlik tələbin demək olar 100%-ni təşkil edir. Moruq və böyürtkən bir qədər az, lakin yenə də əhəmiyyətli miqdarda - müvafiq olaraq bir stəkanda gündəlik tələbin təxminən 39% və 45%-ni ehtiva edir.
Yaddaşı yaxşılaşdırır - Beyin fəaliyyətini stimullaşdırmaq üçün qaragiləyə diqqət yetirin. Tibb elmləri doktoru Jan-Rafael Şnayder deyir: "Hər gün yeməyə çalışdığım tək qida qaragilədir".
O, qaragilədə olan və beyin sağlamlığının yaşlanmasına kömək edə bilən qarşığıltihab flavonoidləri vurğulayıb: "Tədqiqatlar göstərib ki, bu birləşmələr yaddaşı yaxşılaşdıra və zamanla qavrama funksiyalarının azalmasını ləngidə bilər".
Qaragilə və digər giləmeyvələr, qavrama funksiyalarının azalması riski yüksək olan insanlar üçün xüsusilə faydalı ola bilər. 50 və 65 yaşlı, özləri tərəfindən qavrama funksiyalarının azaldığı bildirilən böyüklərin iştirak etdiyi bir araşdırmada, 12 həftə ərzində hər gün qaragilə tozu (təxminən yarım stəkan təzə qaragiləyə bərabər) qəbul edənlər, plasebo qəbul edənlərə nisbətən yaddaş testlərində daha yaxşı nəticələr göstərdilər.
Metabolik sağlamlığı dəstəkləyir - Giləmeyvələrin qəbulu, metabolik sindrom və ürək-damar xəstəliklərinin əsas risk amillərinin, o cümlədən bədən çəkisi, qan təzyiqi, xolesterin səviyyəsi, triqliseridlər və insulin səviyyəsinin yaxşılaşması ilə bağlıdır. Bu metabolik amillər beyin sağlamlığı ilə sıx bağlıdır. Əslində, tədqiqatlar göstərir ki, metabolik sindrom düşüncə və yaddaş üçün vacib olan sahələr - beyin həcmi və boz maddənin azalması, həmçinin yaddaş, məlumat emalı sürəti, mülahizə və icraedici funksiyalar üzrə qavrama testlərinin nəticələrinin pisləşməsi ilə əlaqələndirilir.
Samir