Soyuq havada xəstələnməmək üçün nə edək?

SAĞLAMLIQ
12:30 / 07.10.2025
94

Payız fəsli xəstəliklər fəsli sayılır. Bu fəsildə insanlar daha çox xəstələnir, daha çox həkimə müraciət edir. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, payızın gəlişi ilə bağlı havalar soyuyur və orqanizmin müdafiə imkanları da bəlli zamandan sonra tükənir:

 "Kompersator reaksiyalar özləri uzun müddət davam edə bilməz. Bu imkanlar tükəndikdən sonra orqanimzin temperator tənzimlənməsi pozulur. Ona görə də havaya uyğun olaraq geyim seçilməlidir. Soyuqdəymə xəstəliyi ilə üzləşən insanlar daha çox geyim formasını düzgün seçməyən, havanın temperator təlatümünü iqnor edənlərdir. Bunlar soyuqdəymə xəstəliyinə tutulurlar, müəyyən viruslar fəallaşır və arzuolunmaz vəziyyət yaranır. Soyuq havalarda optimal yol havanın istiliyinə uyğun geyim forması seçmək və uyğun davranış sərgiləməkdir".

Sevinc

0