Gün ərzində maksimum necə naringi yemək olar?

SAĞLAMLIQ
21:38 / 08.10.2025
44

Naringilər yüksək miqdarda C vitamini olan aşağı kalorili məhsuldur.

Soyuq fəslin ev sevimli meyvələrindən biri məhz naringi sayılır. 

Hit.az xəbər verir ki, naringiləri həddindən artıq yemək arzuolunmazdır, çünki onların tərkibində mədə selikli qişasını qıcıqlandıra bilən turşular var. 

Xüsusən də qastrit, reflü və ya yüksək turşuluğu olan insanlara məsləhət deyil. 

Sitrus meyvələri potensial allergendir və böyük miqdarda naringi, hətta bir insanın açıq bir allergiyası olmasa belə, arzuolunmaz reaksiyaya səbəb ola bilər.

Ümumiyyətlə, sağlam insanlar sitruslardan istifadə edə bilər, ancaq gündə 10 naringi yemək lazım deyil. 

Mütəxəssis həftənin bir neçə günündə sutka ərzində 2-3 naringi yeməyi məsləhət görür, qalan günlər isə alma, banan, armud da yemək olar.

Sevinc

0