Meyvə və tərəvəz şirələrinin faydaları hərkəsə yaxşı məlumdur.
Ancaq bu şirələrin necə, hansı formada qəbul olunmasını hər kəs bilmir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, bu şirələr düzgün qəbul edilmədikdə onların sağlamlığımıza heç bir xeyri dəymir. Hətta bəzən orqanizmə mənfi təsirləri də olur:
"Meyvə və tərəvəz şirələri çəkildikdən sonra 10 dəqiqə ərzində içilməlidir. Təzə çəkilmiş şirə bu müddətdən artıq qalanda tərkibindəki bioloji aktiv maddələr dağılır. Nəzərə almaq lazımdır ki, meyvə və tərəvəz şirələrini yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır. Çünki şirə bu zaman orqanizm tərəfindən daha tez sorulur və biokimyəvi proseslər daha asan gedir. Gün ərzində meyvə şirəsindən maksimum 3 stəkan, tərəvəz şirəsindən isə daha az istifadə edilməlidir. Müntəzəm olaraq meyvə və tərəvəz şirələri qəbul etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür. Amma bütün xəstəlikləri şirələrlə müalicə etmək olar. Nəzərə almaq lazımdır ki, şirə dərman deyil, qida məhsuludur".
Sevinc