Vitaminlərlə zəngin cəfəri

SAĞLAMLIQ
21:00 / 13.10.2025
38

Cəfəri tərkibindəki müxtəlif vitaminlər, minerallar və lif tərkibi ilə sağlamlıq üçün çoxlu faydalara malikdir. 

Hit.az xəbər verir ki, cəfərinin tərkibindəki C vitamini dəmirin qanda sorulmasında mühüm rol oynayır.

Tərkibindəki C vitamini və beta karoten ilə də iltihab əleyhinə xüsusiyyətlərə malik ola bilər. 

Bu xüsusiyyəti sayəsində müxtəlif yoluxucu xəstəliklərə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.

Tərkibində antioksidantlar olan cəfəri ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

Bu baxımdan yüksək təzyiq və xolesterin kimi damar xəstəliklərinin müalicəsini dəstəkləyir. 

Eyni zamanda tərkibindəki yüksək fol turşusu ilə xərçəng kimi xəstəliklərə qarşı immuniteti gücləndirərək, orqanizmi qoruya bilir.

Cəfəri şirəsi həm də zəngin bir kalium mənbəyidir, qan təzyiqi səviyyəsini və bədəndəki maye balansını tənzimləməyə kömək edir.

Sevinc

0