Cari ilin ilk 9 ayı ərzində 3136 nəfərdə ilkin və residiv vərəm halı qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məlumat verilib.
Bildirilib ki, onların hamısı müalicəyə cəlb olunub.
"2024-cü ilin ilk 9 ayı ərzində ölkə üzrə 3403 ilkin və residiv vərəm halı qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə vərəm hallarının sayında azalma tendensiyası müşahidə edilir.
Hazırda ölkənin vərəm əleyhinə tibb müəssisələrində 5000-ə yaxın aktiv vərəm xəstəsi rəsmi qeydiyyatdadır", - məlumatda qeyd olunub.