Payız yorğunluğu nədir?

SAĞLAMLIQ
23:34 / 14.10.2025
46

Payızın gəlişi ilə havalar soyumağa başlayır. İsti yay günlərindən sərin havaya keçid bədən sağlamlığına da təsir edir. 

Günlər qısalmağa başlayanda və havalar getdikcə soyuduqca payız yorğunluğu baş verir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, payız aylarında bir çox insanın özünü daha yorğun, halsız və enerjisiz hiss etməsinin əsas səbəblərindən biri gün işığının azalmasıdır:

 "Təbii işığın miqdarı insanın psixoloji və fizioloji vəziyyətinə birbaşa təsir göstərir. Gün işığı azaldıqca beyindəki serotonin və melatonin hormonlarının sintezi dəyişir. Bu hormonlar isə insanın əhval-ruhiyyəsinə, yuxu rejiminə və ümumi enerji səviyyəsinə təsir edir. Havanın tez qaralması və gün ərzində işığın zəifləməsi nəticəsində orqanizmdə bu hormonların səviyyəsi tarazlığını itirə bilər ki, bu da öz növbəsində daimi yorğunluq hissinə səbəb olur.Yorğunluqla mübarizə aparmaq üçün gün ərzində açıq havada daha çox vaxt keçirmək, qidalanmada "D" vitamini və maqnezium kimi maddələrə yer vermək, yuxu rejiminə və keyfiyyətinə xüsusi diqqət göstərmək lazımdır".

Sevinc
 

0