Xroniki yorğunluq nədir?

SAĞLAMLIQ
18:59 / 14.10.2025
51

Gərgin iş qrafiki, gərgin sosial həyat, psixoloji narahatlıqlar sağlamlığa mənfi təsir göstərir. 

Son illərdə çox adamda müşahidə edilən xroniki yorğunluq, davamlı halsız olmaq, əslində illərin yüküdür.

Bu problem bəzilərində zaman keçdikcə ağırlaşır, işdə, gündəlik həyatda effektivliyini, məhsuldarlığını azaldır. 

Ağır xroniki yorğunluq yaşayan şəxslərə diaqnoz qoymaq da çətindir, çünki bəzən fiziki olaraq heç bir xəstəlikləri müşahidə edilmir, amma həm də xəstə kimi hiss edirlər.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, xroniki yorğunluq adekvat istirahətə baxmayaraq, həmişə yorğun hiss etmək, iş məhsuldarlığının azalması, hər şeyə laqeydlik, sosial həyatdan uzaqlaşma, özünü bədbəxt hiss etmək kimi simptomlarla xarakterizə olunan psixoloji vəziyyətdir:

 "Bəzi xəstələrdə yüngül yorğunluq və enerjisiz hiss etmək kimi özünü göstərə bilər. Daha ağır hallarda isə insanın hətta gündəlik həyat fəaliyyətlərini yerinə yetirə bilmir və bir növ qayğıya ehtiyacı olur. Özünü yorğun və halsız hiss edən hər kəsdə xroniki yorğunluq sindromu olmur. Bu sindromu müəyyən etmək üçün xəstələr peşəkar tərəfindən müayinə olunmalıdırlar. Simptomların uzun müddət davam etməsi, bu yorğunluq hissinin qarın ağrısı, ürəkbulanma kimi fizioloji problemlərə səbəb olması xəstəliyin yaranma ehtimalını gücləndirir.
Xroniki yorğunluq sindromunun ümumi simptomları daimi yorğunluq və yuxululuq, əzələ və oynaq ağrısı, boğaz ağrısı, qarın ağrısı, enerji itkisi, bulantı və qusma, unutqanlıq və idrak performansının azalmasıdır".

Sevinc

0