Yeniyetmələr arasında abort artır

SAĞLAMLIQ
22:17 / 14.10.2025
47

Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər ve qadınlar" məcmuəsində qeyd edilib ki, Azərbaycanda 15-49 yaşlı hər min qadın arasında 2022-ci ildə 22.1 %, 2023-cü ildə 27.9 %, 2024-cü ildə isə 29.4 % abort artıb. 

Açıqlanan statistik məlumatlardan bəlli olur ki, abort etdirən atasında erkən yaşlılar da var.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yeniyetmə yaşda baş verən hamiləlik sağlamlıq, tibbi və sosial baxımdan son dərəcə ciddi bir məsələdir: 

"Bu yaş dövründə orqanizmin inkişafı tam başa çatmadığı üçün erkən hamiləlik qızlarda preeklampsiya, anemiya, erkən doğum kimi riskləri artır. Çox vaxt ailələr belə halları gizlətməyə çalışır və nəticədə hamiləliyin həkim nəzarəti olmadan, qeyri-peşəkarin sona çatdırması cəhdləri baş verir. Bu cür müdaxilələr daxili infeksiyaların, yapışıqlıqların və bitişmələrin yaranmasına səbəb olur. Yeniyetmə hamiləliyi yaşayan qızlarda depressiya, özgüvən itkisi, sosial təcrid halları müşahidə olunur. Bir çox hallarda belə hamiləliyin səbəbi cinsi istismar olur ki, bu da həmin gənclərdə gələcəkdə ailə qurmağa, intim münasibətə və qarşı cinslə ünsiyyətə qarşı dərin travmalar yaradır".

Sevinc

0