Heyvanın hansı müsbət və mənfi tərəfləri var? - AÇIQLAMA

SAĞLAMLIQ
12:12 / 15.10.2025
65

"Heyvanı əsasən "ürək dostu" və ya "ürək dərmanı" adlandırırlar". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O, bunun səbəblərindən danışıb:

"Heyvanın ürək üçün çox müsbət təsirləri var. Onun tərkibi C vitamini ilə zəngindir. Həmçinin heyvanı gündəlik qida rasionuna da əlavə edə bilərik. Onu hər gün yedikdə özümüzü gümrah hiss etmiş olarıq. Bundan başqa, adıçəkilən meyvə infeksiyalara qarşı müqaviməti də gücləndirir".

384060

Ekspert qeyd edib ki, hətta bəzən xalq təbəbətində də heyvanın yarpağından soyuqdəyməyə qarşı istifadə olunur:

"Bəzən heyvanın tumunu belə dəmləyirlər. Ümumiyyətlə, bu meyvə orqanizmi bir çox infeksiyadan qoruyur. Həmçinin, heyva qəbizliyin də qarşısını alır. Üstəlik, bu meyvə mədədə yara olarsa, onun qıcıqlanmasının qarşını alır. Heyvanın ürək və qan dövrünı üçün əhəmiyyəti də olduqca böyükdür".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, heyvanın bəzi zərərləri də ola bilər:

"Heyva təyziqin balanslaşmasın və qan azlığı üçün güclü təsirə malikdir. Ancaq onu həddindən artıq dərəcədə istehlak etdikdə mədədə qıcıqlanma və turşuluq yarada bilər. Bundan başqa, təzyiqi aşağı olan insanlara normadan artıq heyva qəbul etmək tövsiyə olunmur. Çünki bu meyvəni çox yemək təzyiqi aşağı salır. Sadəcə belə mənfi xüsusiyyətləri var. 

Lakin heyvada xüsusi allergik xüsusiyyətlər yoxdur. Heyva səpki qaşınma və ya xüsusi allergiya yaradan meyvələrdən deyil. Bundan əlavə, müsbət təsiri olduğu üçün bəzən həmin meyvədən dəri və saç sağlanmağında da istifadə edirlər".

Pərviz

0