Uşaqların sağlam inkişafı üçün düzgün qidalanma çox vacibdir.
İlk illərdən başlayaraq, qəbul edilən qidalar uşağın fiziki, zehni və psixoloji inkişafında mühüm rol oynayır.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, sağlam qidalanma, yalnız orqanizmin enerji və qida maddələri ilə təmin olunması deyil, eyni zamanda xəstəliklərdən qorunmaq, güclü immun sistemə sahib olmaq və sağlam həyat tərzini formalaşdırmaq deməkdir:
“Uşaqların gündəlik rasionu zülallar, karbohidratlar, yağlar, vitaminlər və minerallarla zəngin olmalıdır. Bu qidalar orqanizmin normal fəaliyyətini təmin edir. Nəzərə almaq lazımdır ki, uşaqlıq dövrü insan həyatının ən həssas və formalaşdırıcı mərhələsidir. Bu dövrdə qəbul edilən qidalar uşağın fiziki inkişafına, beyin fəaliyyətinə və immun sisteminin möhkəmlənməsinə birbaşa təsir göstərir. Uşaqların sağlam qidalanması onların gələcək həyat keyfiyyətini müəyyən edən əsas faktorlardan biridir. Təbii, vitamin və minerallarla zəngin qidalar uşağın orqanizmini gücləndirir və onu bir çox xəstəliklərdən qoruyur. Valideynlər düzgün qidalanmanı həyat tərzinə çevirməli və bunu nümunə ilə uşaqlara öyrətməlidirlər”.
Sevinc