Azyaşlı oğlan uşaqlarının saçı uzun olmamalıdır

SAĞLAMLIQ
19:40 / 15.10.2025
40

Azyaşlı oğlan uşaqlarının bir qisminin saçı uzun olur. Bu hal uşağı məmnum etməsə də, valideynlərin xoşuna gəlir. 

Ancaq mütəxəssislər oğlan uşaqlarının saçlarının vaxtlı-vaxtında kəsilməsinin tərəfdarıdırlar. 

Pediatr Xəyalə Məmmədova Hit.az-a deyib ki, uzun saça qulluq çətindur. Həmçinin, bu hal tərləməyə də səbəb olur: 

"Unutmaq lazım deyil ki, qısa saç dərinin zərər görməsinə də əngəl olur. Oğlan uşaqları daha hiperaktiv olduğu üçün uzun saç onları daha çox tərlədəcək. Bu da saç dərisində göbələyin yaranmasına səbəb olacaq. Valideyn uşağın saçını uzatmaq istəyirsə, yaxçı olar ki, onun özünü dərk etmə yaşına çatmasına gözləsin".

Sevinc
 

0