Zəfəran dünyada ən bahalı və nadir ədviyyat sayılır.
Zəfəran bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.
Hit.az xəbər verir ki, zəfəran ürək üçün olduqca faydalıdır.
Onun tərkibində "qlikozid" maddəsi var. Bu maddə ürəyin fəaliyyətini stimullaşdırır, yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.
Zəfəran əzələ spazmından, qaşıntıdan və iltihabdan azad olmağa kömək olur.
Bundan əlavə, zəfəran aclıq hissini azaldır. Bu isə arıqlamaq üçün pəhriz saxlayan inşaların köməyinə gələcək.
Zəfəranın ətri esterogenin miqdarını artırır, qadınlarda isə kortizol səviyyəsini azaldır. Əsasən də depressiya, qayğı, yaddaş zəifliyi və nevroloji xəstəliklərə qarşı faydalıdır.
Zəfəran eyni zamanda dəri və qaraciyər xərçənginin qarşısını alır.
Yaşla bağlı yaranan görmə zəifliyini aradan qaldırır və katarakt yaranmasının qarşısını alır.
Sevinc