Payız fəsli bir çox xəstəliklər kimi allergiyaların da artmasına səbəb olur.
Xəstəlik səpgi, gözlərdə qaşınma, sulanma və bəzən qrip şəklində özünü büruzə verir.
Endokrinoloq Rübabə Əliyeva Hit.az-a şərhində bildirib ki, payız aylarında bitki tozcuqlarının ətrafa saçılması və ilin həmin vaxtı çıxan göbələklərin sporları vasitəsilə allergik reaksiyalar əmələ gəlir. İlin bu fəsli daha çox allergik rinitə rast gəlinir. Həmin hal özünü burun axması, öskürək, asqıraq və burun tıxanıqlığı kimi şikayətlərlə göstərir:
"Payız aylarında bəzi qidaların qəbul edilməsi də allergiyaya səbəb ola bilər. Bunlar sitrus meyvələri, pomidor və bibər hesab edilir. Qida məhsullarının yaratdığı allergiya adətən dəri və tənəffüs problemləri, həmçinin, mədə-bağırsaq xəstəlikləri kimi özünü göstərir. Onların sırasına süd və yumurta məhsulları, müxtəlif çəyirdəkli bitkiləri, soya və digər paxla növlərini aid etmək olar".
Sevinc