Hər kəsi narahat edən bel ağrısının səbəbləri nədir?

SAĞLAMLIQ
19:52 / 16.10.2025
46

Bel ağrısı müasir həyatın ən çox rast gəlinən problemlərindəndir.

Bel ağrısının bir çox səbəbi ola bilər və bu səbəblər yüngül narahatlıqdan ciddi sağlamlıq problemlərinə qədər dəyişə bilər.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, oturuş pozğunluğu, ağır qaldırma, gücə salmalar, kilo almalar, uzun müddət ayaqda qalma, uzun müddət ərzində oturmada bel ağrısina səbəb olur:

"Bel ağrısı dar kanal, bel kirəcləşməsi, bel sürüşməsi zamanı müşahidə olunur. Kompyuter qabağında uzun müddət oturmaq, gün içərisində çox az hərəkət etmək, həddindən çox küləkli, soyuq havalarda zaman keçirmək, bel ağrısı şikayətlərinin artmasına səbəb olur. Eyni zamanda artıq çəki, qorxu və ya psixoloji gərginlikdə beldə ağrıya səbəb ola bilir. Onurğanın arxasında uzun müddət hiss edilən ağrı, hərəkətlərdə məhdudiyyətlilik, əzələ ağrıları və bıçaq batması kimi yaranan ani ağrılar bel ağrısı əlamətləri arasındadırlar. Bu ağrılan hiss edilən zaman mütləq həkimə müraciət edilməlidir. Beldə ağrının müalicəsi onu yaradan səbəblər qədər çoxdur. Yaşam tərzinin dəyişdirilməsi ağrını azalda biləcəyi kimi dərman qəbulu ilə və ya dərmansız da müalicə metodlarınadan sayılır".

Sevinc

0