Piylənmə dövrün bəlası sayılır.
Yaşından, cinsindən asılı olmayaraq, istənilən şəxs artıq çəkidən əziyyət çəkir.
Araşdırmalara zamanı müəyyən edilib ki, piylənmədən əziyyət çəkənlər arasında kişilər üstünlük təşkil edir.
Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, insanların yaşı artdıqca, yağlanma faizi də arta bilər. Kişilərdə 25 faiz, qadınlarda isə 35 faizdən yuxarı yağlanma patologiya sayılır:
"Kişilərdə əsasən qara ciyər piylənməsi müşahidə olunur. Qara ciyər piylənməsinə səbəb olan faktorlardan biri mütəmadi spirtli içki qəbulu, oturaq həyat və yağlı qidalar qəbul etməkdir. Normal, sağlam orqanizmdə qara ciyər hüceyrələrində az miqdarda yağ ola bilər. Bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Lakin artıq çəkili insanlarda qara ciyərin piylənməsi qara ciyər serrozuna, sonra da qara ciyər xərçənginə qədər yol aça bilər. Buna görə də qara ciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdırlar. Qara ciyərində piylənmə olan artıq çəkili insanlar mütləq bu çəkidən xilas olmalıdırlar”.
Sevinc