Ürəkbulanmaya səbəb nədir?

SAĞLAMLIQ
21:18 / 21.10.2025
54

Ürəkbulanma mədədə narahatçılıq hissi və qusma istəyini göstərən bir simptomdur. Ürəkbulanma bir çox səbəbdən ola bilər. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, ürək bulanmanın səbəbləri çoxdur:  

"Ürək bulanmanın səbəbləri arasında mədə-bağırsaq pozğunluqları, stres və hamiləlik kimi vəziyyətlər yer alır. Ürək bulanmanın səbəbləri arasında qida zəhərlənməsi və migren kimi xəstəliklər də ola bilər.Ürəkbulanmasını yüngülləşdirmək üçün bəzi təbii üsullardan istifadə oluna bilər. Zəncəfil ürəkbulanması üçün təbii həllidir. Limon suyu, açıq havada bir az vaxt keçirmək və dərin nəfəs almaq ürəkbulanmasına kömək edə bilər".

Sevinc

0