Çayın hansı fəsadları var? - Ekspert DANIŞDI

SAĞLAMLIQ
11:50 / 22.10.2025
52

"Çay məsələsi insanların ən yaralı yerlərindən biridir".

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, müştəriləri və qida ekspertlərinin ən çox narahat edən məsələlərdən biri çayda rəngin çoxluğudur:

"Lakin biz çay alarkən bunu görə bilmərik. Ümumiyyətlə, çay alanda nəyəsə diqqət yetirməyimiz mümkün də deyil. Çünki çayların çox böyük əksəriyyəti tam bağlı qutularda satılır. Bizim onu görmək kimi bir şansımız isə yoxdur".

Ekspert qeyd edib ki, çayın keyfiyyəti də narahatlıq doğurur:

"Çay rütubəsiz yerdə saxlanılmalı, qurudulmalı, sonra da qablaşdırılmalıdır. İkinci bir məsələ çayda dad, rəng və qoxu məsələsidir. Bacardığımız qədər özünün təbii qoxusu olan çaylara üstünlük verməliyik. 

Məsələn, bəzən müəyyən birdəfəlik çayları istifadə etdikdən sonra stəkanın aşağı hissəsində çöküntü formasında bir rəng yığıntısının qaldığını görərik. Artıq burada artıq heç bir təbii çaydan söhbət gedə bilməz. Bu çaya vurulan rəng və əlavə ətirləndiricilərin çöküntüsüdür".

384618

Mütəxəssisin sözlərinə görə, bacardığımız qədər iriyarpaqlı çaylara üstünlük verməyə çalışmalıyıq:

"Toz halında olan çaylardan az istifadə etməliyik. Çünki artıq toz halında olan çaylar çay yarpaqlarının qırıntısı deməkdir. Əslində, çayın qablaşdırılmasının üzərində etiketlənməsi düzgün olmalıdır, saxlanma şəraiti və son istifadə tarixi mütləq yazılmalıdır. Aldığımız çayın bizə ziyanının olmayacağından əmin olmalıyıq. Ən azından gün ərzində 3-4 dəfə çay içiriksə, normal çaylardan istifadə etməliyik".

Pərviz

0