Siqaretdən tez necə qurtulmaq olar?

SAĞLAMLIQ
20:20 / 22.10.2025
43

Siqaret orqanizmdə önəmli orqanlara zərər verərək, müxtəlif xəstəliklər yaradır. Bu vərdişdən azad olmaq istəyənlər bəzi qaydalara əməl etməlidir.

Hit.az xəbər verir ki, siqaretdən qurtulmaq istəyənlər ilk növbədə həkim nəzarətində olmalıdır. 

Siqaret asılılığının iki istiqaməti var: Fiziki asılılıq və psixoloji asılılıq. 

Fiziki asılılığı edən siqaretdəki nikotindir, bu səbəbə görə buna nikotin asılılığı da deyilə bilər. Psixoloji asılılığa meyl isə adamdan adama dəyişir. Depressiyaya meylli, həyacanlı, özünə etibarsız və problemlərdən qaçan kəslər psixoloji asılılığa daha meyllidirlər.

Siqareti tərgitdikdən sonrakı ilk 3 gün ən çətin dövrdür. Nikotindən məhrumluq əlamətləri olan narahatlıq, həyacan, konsentrasiya çətinliyi, depressiya və böyük bir siqaret çəkmə arzusu bu dövrdə ortaya çıxa bilər. Bu vəziyyətlərin keçici olduğunu və 3-4 həftə içində azalaraq ortadan qalxacağını bilmək əhəmiyyətlidir. Bu dövrdə saqqız çeynəmək, çərəz yemək bu dövrü asan sovuşdurmağa köməkçi olar.

Sevinc

0