"Tibb sahəsində olan əksinliklərlə bağlı hər hansı bir bölmə və ya xəstəxana qurulanda əvvəlcə maarifləndirmə işinin aparılmasına ehtiyac yaranır".
Bu sözləri infeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında deyib.
O, fikirlərini belə izah edib:
"Həmin yerdə çalışan personalla əvvəlcə mütləq şəkildə tibbi marifləndirmə aparılmalıdır. Onlara işləyiş qaydası və prosedurları xəstəxana daxilində təlim olaraq verilməlidir.
Sonra isə artıq onlardan iş tələb olunmalıdır. Həmçinin, onları təlimləri necə keçdikləri ilə bağlı test etmək də olar. Beləliklə, maarifləndirmə prosesinin nəticələri də izlənilər. Bu isə işin gedişatına böyük töhfə verəcək".
Ekspert maarifləndirmənin necə olacağı barədə danışıb:
"Ümumiyyətlə, tibb sahəsində haradakı təlimatlar, işləyiş prosedurları yoxdur, ilkin olaraq onlarla bağlı maarifləndirmə proqramları yazılmalıdır. Sonra da onların təlimləri personala verilməlidir. Ardınca da işçilərdən geri bildiriş almaq üçün təlimdən öncə və təlimdən sonra test sistemi tətbiq olunmalıdır. Bununla da onların öyrəndikləri və müşahidələri yoxlanılmalıdır".
Həkim vurğulayıb ki, əksikliklərə uyğun olaraq da yeni təlimlər hazırlanmalıdır:
"Məsələn, hansısa xəstəxanada və ya şöbələrdə əksiklik varsa, orada həmin təlimlər verilməlidir. Hər yeni gələn işçilər də bu prosedurları keçməlidirlər".
Ləman Qalimova vurğulayıb ki, maarifləndirmə prosesində medianın da üzərinə böyük məsuliyyət düşür:
"Bundan başqa, telekanallarda və mətbuatda da yeni yayılan xəstəliklərlə bağlı insanları maarifləndirmək lazımdır. Bunun üçün telekanallar, saytlar, qəzetlər və jurnallar mütəxəssislərdən müsahibələr alaraq cəmiyyətin məlumatlandırmalıdır. İnsanlar məlumatlı olanda nə zaman, kimə müraciət etmək lazım olduğunu da biləcəklər. Bütün bunlara görə maarifləndirmə labüddür".
Pərviz