Məktəb yaşlı uşaqlara bit necə keçə bilər?

SAĞLAMLIQ
18:14 / 23.10.2025
57

Uşaqlar arasında bu hala ən az bir dəfə rast gəlmək mümkündür.

Əgər sinifdə bir nəfərdə bit varsa, demək olar ki, bu, hamısına keçir.

Çünki, bit uçma və tullanma kimi xüsusiyyətlərə malikdir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, bit saçda yaşayır və gözlə də görülə bilər. Bu vaxt dəridə qaşınma baş verir. Uzun müddət qalanda saçın zədələnməsinə və tökülməsinə səbəb ola bilər: 

“Bir nəfərdə olanda digər ailə üzvü və ya sinif yoldaşlarına keçmə ehtimalı yüksəkdir. Bitlər saçda öz-özünə artır. Yəni yumurtayır və bala sirkələr əmələ gəlir. Belə olan hallarda mütləq həkimə müraciət etmək lazımdır”.

Sevinc

0