Alimlər saçların ağarması ilə dəri xərçəngi riski arasında əlaqə tapdı

SAĞLAMLIQ
22:34 / 24.10.2025
39

Dəriyə rəng verən melanin piqmentinin istehsalına cavabdeh olan hüceyrələr DNT zədələndikdə fərqli davrana bilər: bəziləri yox olaraq saçın ağarmasına səbəb olur, digərləri isə qalır - lakin bu, melanoma (dəri xərçəngi) riskini artırır.

HİT.az xəbər verir ki, bu nəticəyə Tokio Universitetinin tədqiqatçıları gəlib. Nəticələr "Nature Cell Biology" jurnalında dərc edilib.

Alimlər melanosit kök hüceyrələrinin - piqment hüceyrələrinin sələflərinin - DNT zədəsinə necə reaksiya verdiyini və bu reaksiyanın dəri xərçəngi riskinə necə təsir etdiyini öyrəniblər. Əvvəllər artıq sübut edilmişdi ki, stress və yaş saçın ağarmasına təsir göstərir və həmçinin xərçəng xəstəliklərinin ehtimalını artırır. Buna görə də tədqiqatçılar fərziyyə irəli sürdülər ki, bu proseslər arasında bioloji əlaqə ola bilər.

Siçovullar üzərində aparılan təcrübələr göstərib ki, DNT-nin iki zəncirli qırılmaları zamanı melanosit kök hüceyrələri yaşlanma ilə əlaqəli diferensiasiya adlanan prosesi işə salır. Bu, onların tükənməsinə və nəticədə piqmentin itirilməsinə - saçın ağarmasına gətirib çıxarır. Lakin bununla da orqanizm melanomadan qorunur, çünki zədələnmiş hüceyrələr bölünməyi dayandırır.

Lakin kancerogenlər təsir göstərərsə, qorunma mexanizmi pozulur: diferensiasiya bloklanır və kök hüceyrələr zədələnmiş DNT ilə belə özünü bərpa etməyə davam edir. Nəticədə onlar mutasiya yığa və şişlər formalaşa bilər.

Tədqiqatın rəhbəri professor Nişimura izah edir: "Eyni kök hüceyrə populyasiyası stressin növündən və ətraf mühit siqnallarından asılı olaraq əks dəyişikliklərə məruz qala bilər - ya yox ola bilər, ya da çoxala bilər".

Tədqiqatçılar vurğulayırlar ki, saçın ağarması birbaşa xərçəngdən qorumur, lakin yaşlanma və qəsb edici xərçəng riski arasında tarazlıq saxlayan hüceyrə mexanizmlərinin işini əks etdirir.

Samir
 

0