Uşaqlarda unutqanlıq problemi

SAĞLAMLIQ
20:20 / 24.10.2025
43

Unutqanlıq, yaddaş problemi hər zaman aktual olub. 

Acınacaqlı hal ondan ibarətdir ki, bu hal məktəbyaşlı uşaqlarda da müşahidə olunur.

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, diqqət və hafizə düz mütənasib olduğu üçün uşağın yaddaşında zəiflik varsa demək, diqqətində də problem var:

"Yaddaş zəifliyini yaradan səbəblər arasında qidalanma, həyat şəraiti, nevroloji problemlər və s. önəmli faktorlar sırasındadır. Uşaqlarda yaddaş zəifliyi bu formalarda görülə bilər: yeni informasiyanı yadda saxlamamaq, öyrənilən materialı tez unutmaq, konsentrasiya və diqqət ilə bağlı çətinliklər, düşüncələri təşkil edə bilməmək və uzunmüddətli yaddaş tələb edən tapşırıqları yerinə yetirməkdə problemlər.Uşaq həddindən çox yükləndikdə (çoxlu məşğələlərə, dərnəklərə getmək, mobil telefonu lazımsız şəkildə çox istifadə etmək), yuxu pisləşməsinə, yüksək emosional gərginliyə gətirib çıxarır və yaddaş pozulması baş verir. Onu da deyim ki, yaddaş pozulmalarının profilaktikasındaoyunlar, tapmacalar və tapşırıqlarla uşağın zehni fəaliyyətini stimullaşdırmaq, oxumaq və öyrənmək üçün uyğun mühit yaratmaq, və eləcə də uşağın emosional rifahını dəstəkləmək lazımdır. Əgər bunlara riayət olunarsa, yaddaş pozulmalarının qarşısını almaq mümkündür”.

Sevinc

0