"Dabaq xəstəliyindən ən effektiv qorunma üsulu vaksinasiyadır, davamlı peyvənd kampaniyaları aparılmalıdır".
Bu fikri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
O bildirib ki, tövlələrin, alətlərin, nəqliyyat vasitələrinin dezinfeksiyasını həyatta keçirmək lazımdır:
"Yoluxmuş və yoluxma şübhəsi olan təsərrüfatlar dərhal təcrid olunmalıdır. Dabaq xəstəliyində spesifik müalicə yoxdur, əsasən simptomatik yardım (ağız və dırnaqlardakı yaraların təmizlənməsi, antiseptiklər, vitaminlər) göstərilir. Xəstəlik xəstə heyvanların ifrazatları ilə çirklənmiş yem, su, qulluq əşyaları, çiy süd və ondan hazırlanmış məhsullar, xəstə heyvanın çiy əti, gəmiricilər, həşəratlarla yayılır".
Sevinc


