Hansı doşablar ziyandır ?

SAĞLAMLIQ
23:55 / 24.10.2025
41

Bəkməz və ya doşab – müxtəlif çeşidli meyvələrin qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. 

Bu maye el arasında "min bir dərdin dərmanı" olaraq tanınır. 

Soyuqdəymə, qrip, nəfəs yollarının açılmasında geniş istifadə olunur. 

Hit.az. xəbər verir ki, həddindən çox yüksək temperaturda hazırlanan doşabların sağlamlığa zərərli olan maddələr yaratdığn və sözügedən maddələrin müxtəlif xəstəliklər yaradır. 

Qısa müddət ərzində açıq havada və yüksək temperaturda hazırlanan bəkməzlərdə HMF maddəsinin səviyyəsi yüksək olur. 

Buna görə də mütəxəssislər bəkməzləri qapalı yerdə və aşağı temperaturda hazırlamağı məsləhət görürlər. Bundan əlavə bəkməzin saxlanılma şəraitinə və hazırlanmasında düzgün meyvələrdən istifadə edildiyinə əmin olmaq lazımdır.

Çünki, bəzən doşabın hazırlanmasında yeni meyvələrin arasına köhnəlmiş və kiflənmiş meyvələr əlavə edənlər də var. 

Saxlanılma şəraitinə gəldikdə isə ilk öncə günəş şüası altında saxlanılan doşabları almaq təhlükəlidir. Bu zaman da günəşin istiliyindən HMF maddəsi yarana bilər.

Bir digər məqam isə bu mayeni soyuducu da deyil də, sərin temperatur olan yerdə saxlanılmasıdır. 

Sevinc

0