Son zamanlar uşaqlar arasında konyuktivit virusu yayılıb.
Bu xəstəliyin yayılması valideynlər arasında təşvişə, narahatçılığa səbəb olub.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, gözdə yaranan problemlərə tək qrip yox, başqa infeksiyalar da səbəb ola bilir:
“İndiki halda “göz virusu” deyə bir virus mövcudd deyil. Bu daha çox qriplə əlaqəlidir.Konyuktivit virusu gözlərdə qızarma,yaşarma və çirklənmə yaradır. Həmçinin konyuktivit zamanı gözün selikli qişası qızarması, gözdən yaş axması, işıqdan qorxma, gözdən selikli-irinli ifrazatın axması, göz qapaqları kənarlarının şişməsi, kirpiklərin bir-birinə yapışması kimi əlamətlər qeyd edilir. Konyuktivit keçici xəstəlikdir. Ümumi məişət əşyaları, dəsmal, yataq dəsti və digər yollarla başqa insanlara da keçə bilər. Valideynlər uşaqlarda yaranan belə problemlərə diqqət etməlidirlər. Gözdə yaşanan ən xırda şikayəti belə ciddiyə almalı olduğlarını bilməlidirlər. Özləri müalicə etmək yerinə, həkimə müraciət etməlidirlər”.
Sevinc


