Təzyiqi artıran qidalar

SAĞLAMLIQ
23:33 / 28.10.2025
58

Çox geniş yayılmış xəstəliklərdən bir də Hipertoniyadır.

Hipertoniyadan - yüksək təzyiq deməkdir. 

Hipertoniyadan əziyyət çəkən insanlar müəyyən müalicə ilə yanaşı həmçinin pəhriz saxlamalı, təzyiqin artmasına səbəb olan bəzi qidaları və içkiləri qidalanmada minimuma çatdırmalıdır.

Hit.az xəbər təzyiqi qaldıran qidaları açıqlayır. Duzlu, hisə verilmiş qidalar (balıq, ət və s.), müxtəlif şorabalar, konservlər - təzyiqin qalxmasına səbəb olur.

Yağlı ət, qara ciyər də hipertoniyanın artmasına səbəb olur. Həmçinin, yağlı kremlərlə hazırlanmış şirniyyatlar təzyiqi qaldırır. 

Şokolad, qəhvə, kakao, tünd qara, duzlu pendir, turşular təzyiqi yüksəlməsinə səbəb olur.

Duz, qan təzyiqini artıra bilən bir qidadır. Həddindən artıq duz istehlakı bədəndə mayenin saxlanmasına səbəb olur ki, bu da ürəyin daha çox işləməsini tələb edir və nəticədə qan təzyiqi yüksəlir. 

Alkoqol istehlakı qan təzyiqinə birbaşa yüksəldici təsir göstərir. Həddindən artıq spirt istehlakı qan təzyiqinin yüksəlməsinə səbəb olur. 

Sevinc

0