Uşaqlara yuxu dərmanı verilməlidir?

SAĞLAMLIQ
20:57 / 28.10.2025
44

Yenidoğulan uşaqların bir qismi gecələr narahat yatır. Körpəsi ağlayan kimi onu susdurmaq üçün ən müxtəlif vasitələrdən,  hətta yuxugətirici preparatlardan istifadə edənlər də var. 

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, bu dərmanlar onlar çıxış yolu deyil və güclü təsirə malikdir:

"İstifadəsi qəti qadağandır. Südəmər uşaq danışa bilmir, narahatlığını ağlamaqla bildirir.Yuxu gətirici məqsədlə uşağa ketotifen, qlüferal, fenobarbital kimi dərmanların verilməsi düzgün deyil. Uşağın yuxusu gəlməyəndə rahatlaşdırıcı vannalardan istifadə etsinlər, duş qəbulu, təmiz hava da buna çox kömək edər. Xüsusi diqqət etmək lazımdır ki, yuxu gəlmədiyi müddətcə yataqdan oyun yeri kimi istifadə olunmasın. Yataq oyun yeri deyil və uşaq həmin yerin yatmaq üçün olduğunu bilməlidir. O cümlədən, yataq rahat və yumşaq olmalıdır, yataq otağında televizor olmamalıdır. Otağın havasını tez-tez dəyişmək lazımdır, bu, çox vacibdir".

Sevinc

0