Tanışlıq platforması "Twinby"nin məlumatına görə, partnyorlar arasında ideal boy fərqi 14 santimetrdir.
HİT.az xəbər verir ki, şirkət bu nəticəyə 10 milyon uğurlu uyğunlaşma və 239 yazışmanın təhlili əsasında gəlib.
Analitiklərin açıqlamasına görə, uyğun gələn cütlüklərdə kişilərin orta boyu 181,6 santimetr, qadınların isə 167,2 santimetr təşkil edir. Beləliklə, təxminən 14 santimetrlik fərq ən çox rast gəlinən və istifadəçilərin üstünlük verdiyi nisbət sayılır.
Tədqiqatda qeyd olunur ki, boyu orta göstəricidən yüksək olan kişilər, xüsusilə 18–34 yaş arası qrupda, 18 faizədək daha çox bəyənmə alırlar. Bununla belə, "Twinby" mütəxəssisləri vurğulayırlar ki, cazibədarlıq getdikcə fiziki göstəricilərdən daha çox ortaq maraqlar, məqsədlər və emosional uyğunluqla müəyyən olunur.
Bundan əvvəl psixoloq Aleksandra Miller bildirmişdi ki, müasir dövrdə insanların romantik münasibətlər üçün uyğun partnyor tapması çətinləşib, çünki cəmiyyət psixologiyaya daha çox maraq göstərməyə başlayıb. Onun sözlərinə görə, çox vaxt insanlar bu mövzuda dəqiqləşdirilməmiş və yanlış məlumatlara əsaslanırlar.
“İnternetdə çox şey yazılır. Məsələn, kişilərin zorakı və ya narsis, qadınların isə maddi düşüncəli olması kimi fikirlər təbliğ olunur. Nəticədə bu stereotiplər formalaşır və insanlar bilmədən internetdə oxuduqlarını təsdiqləyən nümunələr axtarmağa başlayırlar”, deyə Miller qeyd edib.
Samir


