Alimlər gecə işığının ürək xəstəlikləri riskini artırdığı barədə xəbərdarlıq etdi

SAĞLAMLIQ
22:54 / 29.10.2025
58

Beynəlxalq tədqiqatçılar xəbərdarlıq edirlər ki, gecə vaxtı işığa davamlı məruz qalmaq 40 yaşdan yuxarı insanlarda ürək-damar xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə artırır. 

HİT.az xəbər verir ki, təxminən 89 min insanın məlumatlarını təhlil edən araşdırma "JAMA Network Open" (JNO) jurnalında dərc olunub.

“Tədqiqat göstərir ki, gecə vaxtı işığa məruz qalmaq 40 yaşdan yuxarı yetkinlərdə ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır”, deyə araşdırmada qeyd olunub.

Nəticələr göstərir ki, işıqla yatan insanlarda iskemik ürək xəstəliyi, ürək çatışmazlığı, atrial fibrilyasiya və insult riski tam qaranlıqda yatanlarla müqayisədə daha yüksək olub. Risk qrupu arasında qadınlar (iskemik ürək xəstəliyi) və gənclər (ürək çatışmazlığı və atrial fibrilyasiya) də yer alıb.

Araşdırma Avstraliyanın Flinders Universiteti, Harvard Tibb Məktəbi və ABŞ-dakı Broad İnstitutu alimləri tərəfindən aparılıb.

Somnologiya üzrə həkim Pavel Kudinov bildirib ki, keyfiyyətli yuxu üçün yataq sahəsini düzgün təşkil etmək və yatağı yalnız gecə istirahəti üçün ayırmaq vacibdir. O deyir ki, yataq otağında ideal temperatur (təxminən 21–22 dərəcə) və işıqlandırma təmin edilməlidir. Otağın tam qaranlıq olması vacibdir: göz retinasına işıq düşməsinin dayandırılması melatoninin istehsalını işə salır ki, bu da yuxuya cavabdehdir. Hətta ağ gecələr də istirahətə mane ola bilər, buna görə sıx pərdələr və ya jalüzlərdən istifadə tövsiyə olunur.

Samir

0