Yaş qoz təbiətin bizə bəxş etdiyi qida xəzinələrindən biridir.
Hər il payız mövsümündə toplanan yaş qoz sağlamlıq üçün olduqca faydalı maddələrlə zəngindir.
Hit.az xəbər verir ki, qozun yaş halında, yəni, tam yetişməmiş vaxtında istifadəsi həm qida dəyərini, həm də təravətli dadı qoruyur.
Yaş qoz antioksidantlarla zəngindir.
Antioksidantlar bədən hüceyrələrini zədələnmədən qoruyur və iltihab əleyhinə təsir göstərir. Bu, yaşlanma prosesini yavaşladır və bir çox xroniki xəstəliklərin qarşısını alır.
Yaş qoz vitaminlər, minerallar və antioksidantlarla zəngin olduğu üçün immunitet sistemini gücləndirir və bədəni infeksiyalardan qoruyur.
Bununla yanaşı təzə qoz kalsium, maqnezium və fosfor kimi minerallarla zəngindir. Bu minerallar sümüklərin möhkəmlənməsinə və sağlamlığının qorunmasına kömək edir.
Sevinc


