Müasir dövrün yeni, müasir xəstəliyi – hipodinamiya adlanır.
Fiziki aktivliyin azalması, oturaq iş, oturaq həyat, bədənin hərəkətsizliyi bu xəstəliyə səbəb olur.
Həkim Pərvanə Mustafayeva Hit.az-a şərhində deyib ki, açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir:
“Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hərəkət etməyən insanın ürəyi zəifləyir, qanı yaxşı qovmur, damarları tutulur.Bütün bunlardan qorunmaq və xilas olmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır. Unutmaq lazım deyil ki, insanın onurğası 3 saat eyni pozada olmamalıdır”.
Sevinc


