Ürək sağlamlığı üçün kərəviz

SAĞLAMLIQ
20:20 / 30.10.2025
53

Kərəviz  ən sağlam qidalardan biri hesab olunur.

Kərəvizin tərkibində A, K və C vitaminləri, həmçinin kalsium, maqnezium və kalium kimi minerallar var. 

Hit.az xəbər verir ki, kərəviz şirəsinin müntəzəm istehlakı bədəni vacib qidalarla təmin edə bilər.

Kərəvizin tərkibindəki yüksək C vitamini immunitet sistemini gücləndirməyə, virus və infeksiyalara qarşı mübarizə aparmağa kömək edir. 

Bu məhsulun həddindən artıq istehlakı əks təsir göstərə bilər. Kərəviz dərinin günəş işığına həssaslığına səbəb olan psolaren istehsalını artırır.

Kərəviz böyük miqdarda ürək sağlamlığına mənfi təsir göstərən və qan təzyiqini artıra bilən natrium ehtiva edir.

Sevinc

0