Diabet xəstələrində yaraların sağalmasını sürətləndirən dərman yaradıldı

SAĞLAMLIQ
11:15 / 31.10.2025
74

ABŞ-ın Albany Universitetinin alimləri eksperimental dərman hazırlayıblar. Bu dərman xroniki iltihabı bloklayaraq diabet xəstələrində yaraların daha tez sağalmasına imkan verir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Chemical Biology" (CCB) jurnalında dərc olunub.

Yeni dərman RAGE406R adlanan aşağı molekulyar birləşmədir. O, bir çox diabet komplikasiyalarının əsasını təşkil edən hüceyrədaxili reaksiyanı zəiflədərək bloklayır. Mövcud üsullardan fərqli olaraq, yalnız qan şəkərinin səviyyəsini tənzimləyən müalicələrdən fərqli olaraq, bu yeni vasitə xəstəliyə xas olan iltihabı müalicə etməyə yönəlib.

Alimlər izah ediblər ki, diabetli insanlarda glikasiya nəticəsində yaranan son məhsullar hüceyrə səthində RAGE reseptorunu aktivləşdirir. Bu reseptor DIAPH1 zülalının iştirakı ilə reaksiyalar zəncirini işə salır ki, nəticədə xroniki iltihab, damar zədələnməsi və toxumaların ləng bərpası baş verir. RAGE406R bu molekulların bağlanmasını bloklayaraq patoloji prosesi dayandırır.

Dərman artıq insan hüceyrələrində və laboratoriya heyvanlarında sınaqdan keçirilib: o, 1-ci tip diabet xəstələrinin qanında iltihab mediatorlarının səviyyəsini aşağı salıb, yaraların sağalmasını sürətləndirib və 2-ci tip diabetli siçanlarda iltihabi reaksiyanı azaldıb.

“RAGE406R diabetdə iltihabla əlaqəli ən vacib siqnal yolunu hədəfləyir. Gələcəkdə onun təsir mexanizmini struktur və molekulyar metodlarla öyrənməyi və dərmanı klinik sınaqlara hazırlamağı planlaşdırırıq", deyə işin həmmüəllifi professor Aleksandr Şextman qeyd edib.

Samir

0