Uşaqlarda tərləmə valideynlərin ən çox rast gəlinən şikayətlərindən biridir. Tərləmə-normal haldır. İstər böyüklər, istərsə də uşaqlar hərəkət və ya artıq güc sərf etdikdə bədəndə enerji əmələ gəlir.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, tərləmə irsi xarakter də daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar daha çox tərləməyə meyilli olurlar:
"Belə hallarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir hal hesab olunur. Bunu belə də qəbul etmək lazımdır. D vitamini çatışmazlığı zamanı da körpənin tərləməsində artım ola bilər. Tərləmə şikayəti olan uşaqların əksəriyyətində adətən hər hansı bir ciddi xəstəlik müşahidə olunmur. Amma yenə də belə uşaqlar ətraflı müayinə edilməli və tərləmənin hansı səbəbə bağlı olduğu aşkar olunmalıdır".
Sevinc


