Əgər hələ də nanə çayı içmirsinizsə, bəlkə də onu rasionunuza daxil etməyin vaxtıdır. Bu çay təravətləndirici dada malikdir və bir çox faydalı xüsusiyyətləri ilə seçilir.
Hit.az xəbər verir ki, “Realsimple” nəşrinin məlumatına görə, nanə çayını səhər enerjini artırmaq, yeməkdən sonra həzmi yaxşılaşdırmaq və ya axşam rahatlamaq üçün içmək olar.
Diyetoloq Samanta Peterson nanə çayının üstünlüklərini sadalayaraq onun gündəlik istifadə üçün ən faydalı içkilərdən biri olduğunu bildirib.
Nanə çayının faydaları
Həzmi yaxşılaşdırır
Peterson qeyd edib ki, nanə çayı mədə narahatlığını aradan qaldıran ən yaxşı çaylardan biridir. Onun sözlərinə görə, bu içki həzm sisteminə “mini yenilənmə” effekti verir.
“Nanə çayı mentol və karvon maddələrini ehtiva edir. Onlar həzm traktının hamar əzələlərini rahatladır, qarın kökəlməsini və yeməkdən sonrakı diskomfortu azaldır. Xüsusilə yeməkdən sonra faydalıdır, lakin yeməkdən əvvəl içilməsi də həzmi stimullaşdıra bilər”, deyə Peterson bildirib.
Oksidləşmə stresini azaldır
Nanə çayı orqanizmdə oksidləşmə stresinə qarşı mübarizədə dadlı bir vasitədir. “Nanə antioksidantlarla – xüsusilə rozmarin turşusu və luteolin, apigenin kimi flavonoidlərlə zəngindir. Bu maddələr sərbəst radikalları neytrallaşdıraraq iltihabı və hüceyrə zədələnməsini azaldır”, deyə diyetoloq əlavə edib.
Hormon balansını tənzimləyir
Peterson bildirib ki, nanə çayı bədəndə androgen səviyyəsinin artması ilə bağlı simptomları – sızanaq və artıq tüklənmə kimi hallar zamanı faydalı ola bilər. Onun sözlərinə görə, “hormon balansı” dedikdə orqanizmdə hormonların təbii nisbətinin qorunması nəzərdə tutulur.
Stresi azaldır
Diyetoloq vurğulayıb ki, nanə tərkibindəki təbii birləşmələr sayəsində yüngül sakitləşdirici təsir göstərir. “Bu maddələr sinir sistemini tənzimləyən gamma-aminomas turşusunun aktivliyinə təsir göstərərək gərginliyi və yorğunluğu azalda bilər. Nanə sakitləşdirici, lakin yuxu gətirməyən bir rahatlıq hissi yaradır”, deyə Peterson bildirib.
Onun sözlərinə görə, isti nanə çayı içmək həm də psixoloji olaraq rahatlaşdırıcı təsir göstərir, bədəni “qaç və ya döyüş” vəziyyətindən “dincəl və həzm et” rejiminə keçirir.
Diqqəti və beyin fəaliyyətini artırır
Peterson qeyd edib ki, uzun iş günlərindən sonra zehni yorğunluq və fikir dağınıqlığı hiss edən insanlar üçün nanə çayı təbii bir “zehni yenilənmə” vasitəsidir. Tədqiqatlar göstərir ki, nanə yaddaşı və diqqəti gücləndirə bilər.
“Bu effektlər əsasən nanədəki rozmarin turşusu kimi antioksidantların beyin hüceyrələrini oksidləşmə stresindən qoruması və neyrotransmitterlərin fəaliyyətini dəstəkləməsi ilə əlaqədardır”, deyə mütəxəssis vurğulayıb.
Nanə çayını nə qədər içmək olar?
Petersonun sözlərinə görə, gündə 1–2 fincan nanə çayı içmək böyüklər üçün həm təhlükəsiz, həm də sakitləşdirici bir vərdişdir. Bu miqdar çayın rahatlaşdırıcı təsirini və həzmi yaxşılaşdırma qabiliyyətini hiss etmək üçün kifayətdir.
Diyetoloqların fikrincə, sağlam bağırsaq yalnız həzm sisteminin düzgün işləməsi ilə deyil, həm də güclü immunitet və yaxşı psixoloji vəziyyətlə sıx əlaqəlidir.
Samir


