Körpələrin dərisi son dərəcə həssas və zərifdir.
Valideynlər körpələri yuyundurarkən hansı növ şampun, mayedən istifadə edəcəyi sualı düşündürür.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, körpə ilə təmasda olan hər şeyə diqqət etmək lazımdır:
"Bazarda çoxlu uşaq şampunları var. Buna görə də hansı şampunu seçməklə bağlı çaşqınlıq yarana bilər. Körpə üçün şampun alarkən təbii tərkibli şampun seçmək daha yaxşı olar. Kimyəvi tərkibli şampunlar körpənizin dərisinə zərər verə biləcəyi üçün baş dərisində allergik reaksiyalara səbəb ola bilər. Təbii tərkibli şampun saçın nəmini və parlaqlığını qorumağa kömək edir. Şampunun son istifadə tarixini yoxlamaq çox vacibdir. Uşaq şampunlarının saxlama müddəti çox məhduddur".
Sevinc


