Çörək isti yeyilməlidirmi?

SAĞLAMLIQ
23:32 / 04.11.2025
32

Hər kəs təzə təndirdən çıxmış, yenicə bişmiş çörəyi sevir. 

Ancaq mütəxəssislər isti çörəyi istehlak etməyi məsləhət görmür. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, isti çörək bir çox insanlar üçün zərərli ola bilər:

 "Mədə-bağırsaq orqanları xəstəlikləri, qastrit, öd, qaraciyər, mədəaltı vəz problemi olanlar təzə bişmiş isti çörəyi yeməsələr yaxşıdır. İsti çörək və un məmulatı gec və çətin həzm olunur, yüksək turşuluq yaradır, belə qida mədə xorası, yara, qastrit və bağırsaq xoralarını daha da kəskinləşdirir. Həmçinin, təzə çörəkdən insan doya bilmir, daha çox yemək istəyir, iştahı açır, sanki asılılıq yaradır".

Sevinc

0